Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Risklərin təhlili” işçi qrupunun növbəti iclası keçirilib

Oktyabr ayının 1-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Daxili İşlər Nazirliyinin rəhbərlik etdiyi “Risklərin təhlili” işçi qrupunun 2026-cı il üçün Fəaliyyət Planı üzrə onlayn formatda iclası keçirildi.

“Risklərin təhlili” işçi qrupunun rəhbəri, daxili işlər nazirinin müavini İsmət Əliyevin sədrliyi ilə keçirilən iclasda İşçi Qrupun 2026-cı il üçün Fəaliyyət Planının 2-ci bəndinə əsasən, texnoloji risklərin –– uşaq istismarı, onlayn təqib, kiberzorakılıq halları da daxil olmaqla, kütləvi informasiya şəbəkələri vasitəsilə geniş şəkildə yayılan davamlı yalan məlumatların ictimai rəyin formalaşmasına əhəmiyyətli dərəcədə təsiri ilə bağlı məsələlərin müzakirə olundu.

İşçi qrupunun rəhbəri, daxili işlər nazirinin müavini İsmət Əliyev beynəlxalq reytinqlərdə texnoloji risklər sırasına aid edilən yanlış məlumatların, o cümlədən dezinformasiya və misinformasiyanın kütləvi informasiya və sosial media şəbəkələri vasitəsilə geniş və davamlı şəkildə yayılması, bunun ictimai rəyin formalaşmasına əhəmiyyətli təsiri, habelə həmin informasiya mühitində uşaq istismarı, onlayn təqib və kiberzorakılıq kimi halların yayılmasına qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verdi, dövlət qurumları tərəfindən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” çərçivəsində tədbirlərin həyata keçirildiyi vurğulandı.

Eyni zamanda, iclasda sosial mediada dezinformasiya hallarına qarşısının alınması və profilaktikasına dair təkliflər irəli sürüldü.